Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 14:18

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 13:10

Pərviz Şahbazova ağır itki

10 Ara 05:14Manşet / Dünya

“Habertürk”ün baş redaktoru saxlanıldı

haberturkun-bas-redaktoru-saxlanildi

Türkiyədə fəaliyyət göstərən “Habertürk” televiziyasının baş redaktoru, aparıcı Mehmet Akif Ersoy narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, aparılan əməliyyat çərçivəsində şou-biznes və media nümayəndələrinin də adının hallandığı istintaq genişləndirilib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində jurnalistlər Meltem Acet, Ela Rümeysa Cebeci və Hande Sarıoğlu da saxlanılmışdı. Onlar prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdılar.