Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə qarşı

Bu gün Misli Premyer Liqasında 26-cı tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkəcək. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 16 xalla 11-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hazırda paytaxt klubu turnir cədvəlində 37 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla altıncı yeri tutur.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
5 aprel (bazar)
15:30. “Kəpəz” - “Qəbələ”
Yevlax şəhər stadionu
18:00. “Sumqayıt” - “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
6 aprel (bazar ertəsi)
19:00. “Qarabağ” - “Karvan-Yevlax”
7 aprel (çərşənbə axşamı)
15:00. “İmişli” - “Turan Tovuz”
17:15. “Zirə” - “Şamaxı”
19:30. “Araz-Naxçıvan” - “Sabah”






















































