Menu
Xəbər Lenti
İmtahan günüdür
Dün, 08:25

İmtahan günüdür

06 Nis 10:57Manşet / İdman

Bu millinin 7 üzvü ölkəsinə qayıtmadı - Siyasi sığınacaq istədilər

bu-millinin-7-uzvu-olkesine-qayitmadi

Eritreya millisinin 7 futbolçusu axtarışa verilib.

“Qafqazinfo” xəbər verir ki, onlar Cənubi Afrikaya səfərə getdikdən sonra geri dönməyiblər. 

Həmin futbolçuların bu ölkədən siyasi sığınacaq istədiyi bildirilir. 

Qeyd edək ki, Eritreya yığmasının 70 futbolçusu 2009-cu ildən bəri səfərə getdikdən sonra ölkəyə qayıtmayıb. Buna səbəb isə həmin ölkədə sərt rejim, azadlığın məhdudlaşdırılması və müddətsiz hərbi xidmətdir. 

Nəticədə ölkə rəhbərliyi 2019-cu ilin dekabrından sonra komandaya beynəlxalq oyunlara çıxmağı qadağan edib. Hətta Eritreya millisi FİFA reytinqindən də çıxıb. 

Onlar yalnız 2025-ci ildə iki yoldaşlıq görüşü ilə futbola qayıdıblar. 2026-cı ildə isə Esvatini millisi üzərində qələbələr qazanaraq Afrika Millətlər Kubokunun seçmə mərhələsində iştirak hüququ əldə ediblər. Son 19 ildəki ilk uğur kimi tarixə düşən bu nəticədən sonra eritreyalılar Cənubi Afrikaya yollanıblar. Lakin komanda tam şəkildə geri qayıtmayıb.