Xəbər Lenti
Bugün, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
7-04-2026, 17:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
AFFA Ehtiram Quliyevi 15 min cərimələdi
AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunu ilə bağlı cəzaları açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə, klub 5000 manat cərimələnib.
Görüş bitdikdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə, Tovuz təmsilçisi daha 15000 manat cəriməyə məruz qalıb.
Heyətində 4 nəfər sarı vərəqə aldığı üçün isə “Zirə” 700 manat cərimə ilə üzləşib.






















































