Xəbər Lenti
Bugün, 07:43
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
“Ağ Şəhəri ziyarət etdim, böyük təəssürat bağışladı”

“Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında deyib.
“Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XXI əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, - deyə Latviya Prezidenti bildirib.























































