“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“Brent” 107 dollara çatır

Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərib.
“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında qarşılıqlı gəmi saxlama əməliyyatları fonunda neft qiymətləri kəskin yüksəlib.
Beynəlxalq etalon sayılan “Brent” xam neftinin qiyməti cümə səhəri 106 dollar həddini keçib.
Son məlumata görə, bir barel neft 106,80 dollara satılıb ki, bu da əvvəlki bağlanışla müqayisədə təxminən 5 faiz artım deməkdir.
Beləliklə, neft qiymətləri iki həftədən sonra yenidən 100 dollar həddinin üzərinə qalxıb. Enerji bazarlarındakı bu artım fond bazarlarına da mənfi təsir edib – “S&P 500” 0,41 faiz, “Nasdaq” isə 0,89 faiz geriləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəniz blokadasının genişləndirildiyini açıqlayıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəminin boğaza daxil olub-çıxa bilməyəcəyini bildirib və razılaşma əldə edilənə qədər bu marşrutun faktiki olaraq bağlı qalacağını vurğulayıb.
Dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazında nəqliyyat, demək olar ki, dayanıb. Məlumata görə, son günlərdə bu marşrutdan keçən kommersiya gəmilərinin sayı kəskin azalıb.






















































