Menu
Xəbər Lenti
Güclü külək əsir
Bugün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

05 Haz 06:10Manşet / İdman

“Liverpul”un yeni baş məşqçisi o oldu

liverpulun-yeni-bas-mesqcisi-o-oldu

“Liverpul” klubu komandanın baş məşqçisi postuna Andoni İraolanı təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

43 yaşlı ispaniyalı mütəxəssis bu vəzifədə niderlandlı Arne Slotu əvəz edib. Müqavilənin maliyyə detalları və müddəti klub tərəfindən rəsmən açıqlanmayıb.

Qeyd edək ki, İraola 2023-cü ildən bəri İngiltərənin “Bornmut” klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda Premyer Liqada (APL) ardıcıl olaraq 12, 9 və son mövsümdə tarixi nəticə göstərərək 6-cı yeri tutub.

Məlumat üçün qeyd edək ki, geridə qalan mövsümdə “Liverpul” daxili çempionatı 5-ci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb. İngiltərə Premyer Liqasının qalibi Londonun “Arsenal” klubu olub, ikinci yeri “Mançester Siti”, üçüncü yeri isə “Mançester Yunayted” tutub. Mersisaydlılar Çempionlar Liqasında isə 1/4 final mərhələsinə qədər irəliləyə bilsələr də, bu mərhələdə Fransanın PSJ klubuna uduzaraq mübarizəni dayandırıblər.