Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qarabağ” onunla müqavilə müddətini uzatdı

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.
Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:
“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən vacib oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”
Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.






















































