Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İran Ukraynanı vurmaq fikrindən daşınıb - KİV

“Tehran Xəzər dənizində İran gəmisinin vurulmasına cavab olaraq, Ukrayna limanlarından birinə zərbə endirmək ideyasından daşınıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Tehran İran gəmisinin vurulmasına cavab olaraq, Ukraynanın dəniz limanlarından birinə zərbə endirmək imkanını nəzərdən keçirirdi, lakin fəal diplomatik danışıqlar sayəsində vəziyyət sakitləşdi”, - nəşr qeyd edib.
Kəşfiyyat məlumatına görə, İran Ukraynaya ballistik raketlə hücum etməyi planlaşdırıb. Adı açıqlanmayan mənbə mümkün zərbəni “simvolik” kimi xarakterizə edib və endiriləcəyi təqdirdə, minimum zərərə səbəb ola biləcəyini bildirib.
Qeyd olunub ki, İran tərəfi Ukraynaya zərbə endirilməsinin daha genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyi ehtimalını nəzərə alıb.
Xatırladaq ki, iyulun 28-də Ukrayna mətbuatında İranın yaxın iki gün ərzində Ukraynaya üç raketlə zərbə endirməyi planlaşdırdığına dair xəbər yayılmışdı. Daha sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib. Sibiqa Ukraynanın bütün addımlarının Rusiya təcavüzündən müdafiə olunmağa yönəldiyini bildirib, İranı isə vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb.























































