Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

30 Tem 10:12Manşet / Gündəm / Siyasət

Prezident Mərakeş Kralını təbrik etdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.