MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Bakının Nizami rayonu Keşlə qəsəbəsində iki gün əvvəl dəhşətli qətl hadisəsi baş verib.
“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, 33 yaşlı E.Orucovun özünə və 35 yaşlı sevgilisi G.Cəbrayılovaya xəsarət yetirdiyi, nəticədə hər ikisinin öldüyü bildirilir.
Sakinlərin sözlərinə görə, onlar 4-5 ay qeyri-rəsmi nikahda yaşayıblar. Qadın münasibəti bitirmək istəyib, lakin bu, kişinin ürəyincə olmayıb və aralarında mübahisə yaranıb. Bu zaman E.Orucov qadının sinəsinə və qol nahiyəsinə bıçaq zərbələri endirib. G.Cəbrayılova aldığı zərbələrdən yerindəcə ölüb.
Daha sonra kişi özünə xasarətlər yetirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, G.Cəbrayılovanın əvvəlki nikahından 2 övladı olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə:






















































