Menu
Xəbər Lenti
Generala ağır itki
Bugün, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

08 Eyl 08:05Manşet / İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötdü

azerbaycan-neftinin-qiymeti-107-dollari-otdu

Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, neftimiz bundan əvvəl 104,20 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.