Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Bugün, 10:03

Nazir görüş keçirdi

29 Eyl 16:14Manşet / Gündəm

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib

 

29 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Aydın Nəsirov küçəsi 5 ünvanında yerləşən Rəfael Hüseynov adına 49 nömrəli İntellekt Məktəb-Liseyinin Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.

“Ulu Öndər Heydər Əliyev milli memarlıq ənənələrinin qorunmasına xüsusi önəm vermişdir” mövzusuna həsr olunan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, təhsil müəssisəsinin kollektivi, YAP üzvləri və digər qonaqlar iştirak ediblər.


Tədbirdən əvvəl şəhid büstünün önünə gül qoyulub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin milli memarlıq ənənələrinin qorunması və şəhərsalma siyasəti sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.


Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev mövzunun aktuallığından danışaraq milli memarlıq irsinin qorunmasının və şəhər mühitinin inkişafında milli-mədəni dəyərlərin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb.


Muxtar Nağıyev bildirib ki, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscidlər, məbədlər və digər tarixi-memarlıq abidələri xalqımızın zəngin mədəni irsinin mühüm nümunələridir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir tarixi sərvətlərimizdən, qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhəri və Şirvanşahlar Sarayı kompleksini xüsusi qeyd etmək olar.


Çıxışda ölkəmizdə son illərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin də geniş vüsət aldığı vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası istiqamətində tədbirlər hazırda da davam etdirilir.


Muxtar Nağıyev çıxışının sonunda bildirib: “İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük nailiyyətlər və qələbələr qazanacaqdır. Yaşasın Azərbaycan dövləti! Yaşasın Azərbaycan dövlətinin əvəzolunmaz lideri İlham Əliyev!”


YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan şəhərlərinin inkişafına, milli memarlıq ənənələrinin yaşadılmasına və tarixi-mədəni irsin qorunmasına göstərdiyi diqqətdən bəhs edib. O qeyd edib ki, milli memarlıq ənənələrinin qorunması xalqın tarixi yaddaşının və milli-mədəni kimliyinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Sədaqət Qəhrəmanova Ulu Öndərin ölkənin şəhərsalma və memarlıq siyasətində tarixi irsə xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, tarixi abidələrin qorunması ilə yanaşı, onların gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işlərinin aparılması da mühüm vəzifələrdəndir. O, gənclərin milli memarlıq irsi ilə bağlı biliklərinin artırılmasının, onların tarix və mədəniyyət nümunələrinə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.


Milli Məclisin üzvü, ictimai-siyasi xadim və alim, iqtisad elmləri doktoru, professor Rövşən Muradov çıxışında şəhərsalma və memarlığın ölkənin sosial-iqtisadi və mədəni inkişafındakı roluna toxunub. O bildirib ki, şəhərsalma yalnız binaların və infrastruktur obyektlərinin inşası ilə məhdudlaşmır, eyni zamanda insanların rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasını nəzərdə tutur. Rövşən Muradov müasir şəhərsalma proseslərində iqtisadi inkişafla yanaşı, tarixi-mədəni irsin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. O, şəhərlərin simasının formalaşdırılmasında milli memarlıq elementlərinin və yerli xüsusiyyətlərin nəzərə alınmasının əhəmiyyətindən danışıb. Professor həmçinin şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələrin ölkənin ümumi inkişafına, turizm potensialının artırılmasına və mədəni irsin tanıdılmasına töhfə verdiyini vurğulayıb.


Ərazi Partiya Təşkilatının sədri, 49 nömrəli İntellekt Məktəb-Liseyinin direktoru Elza Bağırzadə çıxışında tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib, məktəb kollektivinin milli-mənəvi dəyərlərin, tarix və mədəni irsin qorunması istiqamətində maarifləndirici tədbirlərə xüsusi önəm verdiyini qeyd edib. O bildirib ki, məktəblərdə tariximizin, milli-mədəni irsimizin və memarlıq nümunələrimizin gənc nəslə tanıdılması xüsusi əhəmiyyət daşıyır. Elza Bağırzadə təhsil müəssisəsində şagirdlərin milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu cür tədbirlər şagirdlərdə ölkənin tarixi və mədəni irsinə marağın artırılmasına, onların vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir. Məktəb direktoru “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirin də şagirdlər üçün maarifləndirici və əhəmiyyətli olduğunu bildirib.


Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş 5 nəfərə — Cəlilova Təhminə Kamil qızı, Carçı Pəri Fariz qızı, Əliyev Nicat Seyfəddin oğlu, Qurbanov Əli Qurban oğlu və Kazımov Ziyad Anar oğluna partiya üzvlük vəsiqələri təqdim olunub.


Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.