Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyası bu gün isə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göründüyü kimi, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasında kı nüfuzunu xeyli artırıb. Bu illər ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühütə uygunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyası bu gün isə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır”- deyən ölkə başçımız bütün məsuliyyəti ilə dövlətimizin inkişafı və güclənməsi baxımından daxili və xarici siyasət istiqamətində mütərəqqi tədbirlər həyata keçirir, dövlətimizin beynəlxalq nüfuzunu günbəgün gücləndirir.
Xəbər verildiyi kimi, iyunun 21-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri baş tutub. Səfər çərçivəsində dövlət başçısı ilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında müzakirələr keçirilib, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb.
Bəllidir ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq keçmişə əsaslanır. Özbək və Azərbaycan xalqlarını yaxın milli və adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuş, 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1990-cı ilin may ayında isə Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan–Özbəkistan ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayrılmış, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan da cənab prezidentin Özbəkistana bu tarixi səfəri də təbii ki, iki qardaş, dost ölkə olaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.
Səfər çərçivəsində həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə qədər mühüm sənədlər imzalanmışdır ki, bu sənədlərin hər biri özü-özlüyündə mühüm əhəmiyyətə malikdir. Və hər iki ölkə arasında münasibətlərin geniş spektrini əhatə edir. Bununla yanaşı, ölkələrimizin inkişafının çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə imzalanmışdır ki, bu sənəd mahiyyət ehtibarı ilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Eyni zamanda, strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi məzmununu əks etdirən bu tarixi Bəyannamə böyük qlobal xarakter daşımaqla yanaşı, eləcədə, gələcək fəaliyyətimizin yol xəritəsidir desək, hec də yanılmarıq. Bu baxımdan da, dövlət başçımızın ötən gün Özbəkistan Respublikasına rəsmi işgüzar səfəri təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həmçinin xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, münasibətlərimizin möhkəm təməl sütunudur.
Cənab prezidentin Özbəkistan səfərini həm xarici siyasət baxımından, həm də ölkələrimiz arasında əlaqələrin daha yüksələn xətlə inkişafında mühüm töhfə kimi qiymətləndirmək olar. Beləliklə, eyni zamanda Prezident İlham Əliyevin Özbəkistan Respublikasına işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmiş oldu.
Səfər çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirsinə həsr edilmiş Meydanın açılışı oldu. Bu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan sayğı və ehtimadın, həm də xalqlarımızın qardaşlığının və dostluğunun ən bariz təzahürü kimi nümayiş olundu. Küçə, meydan, barelyef, gözəl parklar-bütün bunlar əvəzolunmaz liderimizin xatirəsinə və Azərbaycan xalqına olan böyük sevgini əks etdirməklə yanaşı, bütövlükdə, Azərbaycan-Özbəkistan xalqlarının möhtəşəm birliyinin, həmrəyliyinin bariz göstəricisi idi. Bütün bunlar isə heç də təsadüfi xarakter daşımır.
Ulu Öndər Ümummilli Lider Heydər Əliyev özbək xalqına daima böyük sevgi ilə yanaşırdı. Onun hələ sovet hakimiyyəti illərində və müstəqillik qazandıqdan sonra Özbəkistan rəhbərləri, o cümlədən, Şərəf Rəşidoviç Rəşidov ilə, İslam Abduqəniyeviç Kərimov ilə dostluğu xalqlarımıza yaxın tarixdən bəllidir və sözsüz ki, ölkələrimiz arasında bu günki münasibətlərimzin təməlin də böyük rol oynayır. Bu gün isə ölkələrimiz arasında bu günki olan münasibətlər ölkə başçımız prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət xətti nəticəsində daha böyük əhəmiyyət kəsb edərək münasibətlərimizi daha da möhkəmləndirir.
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Təbii ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Prezident cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında da bu məsələ xüsusi vurğulanır. Və qeyd edilir ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.
21 İyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bütün bunalrın əyani təsdiqidir. Bu baxımdan da, müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün böyük töhfə olacaqdır. Beləliklə, cənab prezidentin iyunun 21-də Özbəkistan Respublikasına işgüzar səfəri möhtəşəm anlarla tarixiləşdi və ölkə başçısnın növbəti qətiyyətli siyasətinin nümayişi ilə yadda qaldı.