Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
05 Şub 02:54Siyasət
Niderlandda azərbaycanlı gənclərlə görüş keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Haaqada azərbaycanlı gənclərlə Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin binasında keçirilən görüşü səfir Rəhman Mustafayev açıb. Səfir bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz qoyub. Ulu Öndərin 1997-ci il 2 fevral tarixli Fərmanına əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişmələri, xarici ölkələrdə təhsil almaları və sosial problemlərinin həlli istiqamətində addımlar atılması, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin bariz göstəricisidir.
R. Mustafayev bildirib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafında, ölkəmizin tarixinin, mədəniyyətinin, uğurlarının Niderlanda təbliğində burada təhsil alan tələbə və gənclərin mühüm rolu var.
Görüşdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin çıxışları dinlənilib və müzakirələr aparılıb.
Həmçinin görüşdə “Heydər Əliyev İli” çərçivəsində Niderland Krallığında keçiriləcək tədbirlər, təmsilçilik və yeni qurulacaq ASAP nümayəndəliyinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İnteraktiv formada keçirilən görüşdə gənclərimizin təhsil zamanı qarşılaşdıqları çətinliklər barədə fikirləri dinlənilib və onların sualları cavablandırılıb.