Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Prezident Pakistanın Baş naziri ilə görüşdü

Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü olub.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
***
Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirib.
Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlət başçısına təşəkkürünü ifadə edib və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirib.
Baş nazir Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd edib.
Dövlət başçısı Pakistanın mövqeyinə görə təşəkkürünü bildirib, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
Baş nazir Şahbaz Şərif Azərbaycanın bu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə etdi.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd etdi ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulandı. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunuldu və bu istiqamətdə müzakirələr aparılıb.























































