Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 11:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 08:00
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
18 Ara 04:55Mədəniyyət
“Atabəylər: Şəmsəddin Eldəniz”: İlk tarixi seriala aktyorların seçimi davam edir
Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar. Bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, baş rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.
AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin