Xəbər Lenti
Dün, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Dün, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Dün, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 10:34
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 10:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
08 Ock 19:07Mədəniyyət
“Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik çap olunub
Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, dərslikdə peşəkar kino-teleoperator və fotoqraflara kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları və işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya və daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, çəkiliş anında və yaxud sonrakı mərhələlərdə həmin xassə göstəricilərinin tənzimlənmə metodları haqqında, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər öz əksini tapıb.
Rafiq Quliyev bildirib ki, son illərdə tanınmış kinooperatorların uğurlu təcrübəsinə əsasən hətta, rəqəmsal kameralardan istifadə etməklə yüksək fotoqrafik keyfiyyətə, müəlliflərin nəzərdə tutduqları psixoestetik təsirə malik ekran görüntülərinə nail olmaq mümkündür: “Bunun üçün daim təkmilləşən rəqəmsal işığahəssas qəbuledicilərin həndəsi, fotoqrafik parametrləri, onların tənzimlənmə üsulları, ilkin görüntülərin transformasiyasının, rəng ayarlamalarının düzgün aparılması ilə bağlı biliklərə yiyələnmək zəruridir”.
Dərsliyin elmi redaktoru Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev, rəyçiləri - Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov, Adil Abbasov və Nizami Abbasovdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin nəşri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib.
Xatırladaq ki, Rafiq Quliyev 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, operator və ssenari müəllifi kimi çalışıb.