Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

15 Ağu 09:49Manşet / Mədəniyyət

“Ad günümü təntənəli də qeyd edəcəm” - 70 yaşlı sənətkar

ad-gunumu-tenteneli-de-qeyd-edecem

Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

“Qafqazinfo” 70 yaşını qeyd edən Xalq artisti ilə əlaqə saxlayıb.

A.Bəşirqızı saytımıza açıqlamasında doğum gününü ailə üzvləri ilə birlikdə qeyd etdiyini deyib: 

“Hələ ki, öz ailəmləyəm. Allaq qoysa, təntənəli də olacaq. Doğum günümə öz töhfələrim olmalıdır”. 

Xalq artisti Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsinə çox sevindiyini bildirib:

“Çox sevinirəm. Bu sənətkar üçün çox böyük bir töhfədir. Sənətkarın ən böyük hədiyyəsi tamaşaçıların alqışları, onların sevgisi və gül-çiçəkləridir. Bu, Prezident tərəfindən bir daha qeyd olunanda, qiymətləndiriləndə o sənətkar xoşbəxt olur və mən xoşbəxtəm. Bütün sənətkarlara bu xoş günü arzulayıram. Biz məsuliyyət hiss etməliyik. Çünki hər bir dövləti onun mədəniyyətinə görə tanıyırlar. Buna görə də bütün incəsənət xadimləri bu məsuliyyəti hiss etməlidir. İncəsənət şəxsi ambisiya üçün deyil, xalq, dövlət üçündür”. 

Lamiyə Məmmədova