Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
08 Şub 15:35Mədəniyyət
Salman Qəmbərov: Prezidentin Tofiq Quliyevin abidəsinin açılışında iştirakı bizi çox sevindirdi
Bu gün Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışı oldu. Prezident İlham Əliyevin bu abidənin açılışında iştirak etməsi digərləri kimi, məni də çox sevindirdi. Tofiq Quliyev o bəstəkarlardandır ki, onun mahnıları hər bir insan tərəfindən sevilir. O, görkəmli bəstəkar kimi caz ifaçıları üçün də əvəzsiz sənətkarlardandır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Salman Qəmbərov söyləyib.
Mən və digər musiqiçilər onun bir neçə bəstəsini caz kompozisiyalarına çevirmişik. Görkəmli bəstəkarın bu şəkildə xatırlanması, yad olunması əlbəttə, Azərbaycan mədəniyyətinə göstərilən qayğının nəticəsidir. Dövlətimizin başçısının abidənin açılışında dediyi kimi: “Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur”.
Bu gün dövlətimiz mədəniyyətimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşdırır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə meydan verir.