Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
12 Şub 08:05Mədəniyyət
Türkoloq alimin əsəri 94 il sonra yenidən çapdan çıxıb
XX əsr Azərbaycan dilçiliyinin – şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayev şəxsiyyəti, ədəbi-elmi fəaliyyəti, dərin düşüncəsi, atdığı doğru addımları ilə milli tarixi yaddaşlara həkk olunub. Onun “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Müəllifin 1928-ci ildə qələmə aldığı bu əsər bir il sonra ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü.
AZƏRTAC xəbər verir ki, 94 il əvvəl nəşr olunan Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Əsərin tarixi əhəmiyyəti və mövzu aktuallığı onun yenidən oxuculara təqdim olunması zərurətini doğurub.
Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır.
İki yüz dörd səhifəlik çapa hazırlanan bu əsərə Almaz Ülvi “Vəfa borcu” adlı giriş söz yazıb: “Xalid Səid Xocayevin Kanadada yaşayan yeganə 95 yaşlı övladı Bəhicə xanım bu əsərin çapını həsrətlə gözləyirdi. “O, kitabın nəşrini görsəm, bu dünyadan rahat köçərəm”, – arzusu ilə yaşayırdı. Kitabın nəşr olunması xəbərini axşam eşitdi, sevindi, yerə-göyə sığmadı, ata məhəbbətinə həsrət övladın son arzusu və atasına son övladlıq borcu. Mənim isə əziz Bəhicə xanıma bir kitab borcum vardı. Çox heyf xəbərini aldığı kitabı əlinə ala bilmədi, zaman fürsət vermədi. Həmin günün səhəri o, artıq bu dünyaya vida etmişdi”. Bəli, əslində bu nəşr həm də bir vəfa borcudur.
Oxucuları görkəmli türkoloq alimin tərcümeyi-halı ilə bir daha tanış etmək, xatırlatmaq mənasında kitabın sonunda Almaz Ülvinin “Xalid Səid Xocayev” adlı tədqiqat yazısı da təqdim edilir.
Yeni nəşrdə Xalid Səidin qızı Bəhicə xanım Məmmədova-Xocayevanın yeni nəşrə ürək sözləri – minnətdarlıq duyğuları “Xoşbəxtəm ki, Xalid Səid kimi qeyri-adi şəxsiyyətlər unudulmur. O, mənim atamdır” adlı yazısında yer alıb. Məqalədə onun atası Xalid Səidin həyat və yaradıcılığı ilə bağlı bir sıra faktlar işıqlandırılıb.
Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.
Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.
Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.
Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.