Menu
Xəbər Lenti
8 aylıq hamilə qadın öldü
17-11-2026, 09:09

8 aylıq hamilə qadın öldü

Bu ərazilərə qar yağır
16-11-2026, 07:37

Bu ərazilərə qar yağır

Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

03 Tem 09:24Manşet / Siyasət

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

ilham-eliyevle-pasinyan-dubayda-gorusecek

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Middle East Eye” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ölkə liderləri sülh müqaviləsinin şərtlərini müzakirə edəcəklər. 

Qeyd olunub ki, BƏƏ iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində danışıqlara ev sahibliyi etməyə hazırdır.

Xatırladaq ki, sonuncu dəfə iki lider may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüb və orada təmasları davam etdirmək barədə razılığa gəliblər.