Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

21 Ağu 07:02Cəmiyyət

Hacıqabulda bələdiyyə sədri barəsində protokol tərtib olunub

 



Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Muğan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qeyd olunan qəsəbə bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.