Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Samuxda qanunsuz ov edən şəxslər saxlanılıb
Samux Rayon Polis Şöbəsinin və 10saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Telman Rəhimovun “Ata arms”, Goranboy rayon sakini Elgün Ələsgərovun “adler-arms” və Goranboy rayon sakini Famil Hacıyevin “Huğlu” markalı ov tüfəngləri ilə müvafiq icazələri olmadan Samux rayonunda qanunla qadağan olunmuş ərazisində ov etmələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.






















































