Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
17 Ara 06:58Cəmiyyət
Özbəkistan nümayəndə heyəti 1 saylı DOST Mərkəzində olub
Özbəkistan Elektron Hökumət Layihələrinin İdarəetmə Mərkəzinin direktoru Əziz Muhiddinovun rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, onlara mərkəzin fəaliyyəti, xidmət bölmələri barədə məlumat veriləndən sonra DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Keçirilən görüş zamanı Özbəkistan nümayəndə heyətinə DOST Agentliyi haqqında geniş təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasında yeni texnologiyaların tətbiqi, xidmətlərin elektronlaşdırılması, "Könüllü DOST" proqramı, həmçinin agentliyin inkişaf perspektivləri sahəsində məlumatlar öz əksini tapıb.
Sonra Özbəkistan Elektron Hökumət Portalı haqqında təqdimat nümayiş olunub.
Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin