Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

07 Şub 17:21Cəmiyyət

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş̧lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsinin nəticələrini açıqlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmədə əvvəlki dövrlər üzrə nəticələrini daha da artıraraq 88 faiz nəticə ilə birinci yerdə qərarlaşıb.

Beləliklə, 2019-cu ilə dair qiymətləndirmədə 20-ci yerdə olan nazirlik 2020-ci il üzrə 5-ci yeri, 2021-ci il üzrə 2-ci yeri, bu gün açıqlanan yeni qiymətləndirmədə isə ilk yeri tutub.

AZƏRTAC xəbər verir ki, bu nailiyyət nazirlik tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin artırılması, o cümlədən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin aparıldığı istiqamətlərdə (müraciət, xidmətdən yararlanma imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, vətəndaşların məlumatlandırılması, elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi və s.) son illər aparılan ardıcıl islahatların növbəti uğurlu nəticəsidir.

“ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsi 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidməti əhatə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmənin əhatə etdiyi xidmətlərinin sayına görə də (22 xidmət) ilk yerdə olub.

Mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib.

Qurumlar tərəfindən bu istiqamətdə hər ötən il əvvəlki ildən daha yüksək nəticələrin əldə olunduğu bildirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.