Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

16 Mrt 17:04Dünya

ABŞ Bosniya və Herseqovinanın sabiq kəşfiyyat rəhbərinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Bosniya və Herseqovinanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Osman Mehmedagiçi sanksiya siyahısına daxil edib.

AZƏRTAC xəbər verir ki, Osman Mehmedagiçlə yanaşı, Serb Respublikasının Geodeziya və Mülkiyyət Hüququ İdarəsinin direktoru Draqan Stankoviç və mafiya başçısı Edin Qacanin də sanksiya siyahısına salınıb.

O.Mehmedagiçin “BH Telecom” dövlət telekommunikasiya şirkətini Demokratik Fəaliyyət Partiyasının xeyrinə istifadə etdiyi, partiya ilə əlaqəsi olmayan siyasətçilərin mobil telefon məlumatlarını topladığı, cinayət şəbəkələri ilə əməkdaşlıq qurmaqla özünün və siyasi partiyanın nəfinə işlər gördüyü iddia olunur.

Sanksiya tətbiq edilən hər üç nəfərin regional sabitlik, qurumlara inam və Qərbi Balkan regionunda demokratik idarəçilik qurmaq istəyənlər üçün təhlükə yaratdığı bildirilir.