Xəbər Lenti
Dün, 06:58
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
22 Şub 02:51Dünya
Bosniya və Herseqovina təbii qaz tədarükü mənbələrini şaxələndirmək niyyətindədir
Xorvatiya hökuməti Bosniya və Herseqovina ilə birləşəcək təbii qaz kəmərinin çəkilməsinə qərar verib.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın təbii qaz şəbəkəsini və Krk adasındakı LNG terminalını Bosniya və Herseqovina ilə birləşdirəcək 100 milyon avro dəyərindəki layihə Xorvatiyanın iqtisadiyyat naziri Davor Filipoviç tərəfindən açıqlanıb. Uzunluğu 180 kilometr olacaq boru kəməri tamamilə Rusiyadan asılı olan Bosniya və Herseqovinanın qaz tədarükü mənbələrinin şaxələndirilməsinə kömək edəcək.
Hazırda Bosniya və Herseqovinanın yeganə transsərhəd boru kəməri “Gazprom” tərəfindən idarə olunan “Türk axını”dan ayrılan qaz xəttidir.
Bosniya və Herseqovinanın iki inzibati vahidindən biri olan Serb Respublikası isə Serbiya ilə qaz kəməri bağlantısının tikintisini istəyir.