Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
04 Ara 06:08Dünya
Britaniya muzeyindəki 2500 illik sənət əsərləri Yunanıstana qaytarıla bilər
Britaniya Muzeyində sərgilənən 2500 illik Parfenon mərmərləri Yunanıstana qaytarıla bilər.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada daha çox Elgin mərmərləri kimi tanınan Parfenon heykəllərinin geri qaytarılması ilə bağlı razılaşma son mərhələyə yaxınlaşır.
Britaniya Muzeyinin sədri, keçmiş kansler Corc Ozborn Yunanıstanın Baş naziri ilə bu mövzuda danışıqlar aparır. Yunan mətbuatında yer alan xəbərlərə görə razılaşma demək olar tamamlanmaq üzrədir.
Yunanıstan Böyük Britaniyadan aralarında problemlərin yaranmasına səbəb olan simvolik heykəllərin geri qaytarılmasını tələb edir.
Həmçinin bu həftə Londonun Horniman Muzeyində olan 72 əşyanın – “Benin Bürünclərinin” Nigeriyaya qaytarılmasına dair razılıq əldə olunub. Əsərlər 1897-ci ildə Britaniya qoşunları tərəfindən indiki Nigeriya ərazisindəki Benin şəhərindən qarət edilib.
Qeyd edək ki, Elgin mərmərləri adı ilə də tanınan bu qədim sənət əsərləri 1801-1812-ci illərdə Britaniyanın Osmanlı imperiyasındakı səfiri olan Elgin hersoqu Tomas Brus tərəfindən Afinadan Londona aparılıb. Bu əsərlər 1816-cı ildə ingilis hökuməti tərəfindən satın alındıqdan sonra Britaniya muzeyində Duven qalereyasında nümayiş olunur.