Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

Şamaxıda zəlzələ oldu
15-05-2025, 07:12

Şamaxıda zəlzələ oldu

Tramp da Türkiyəyə getmir
15-05-2025, 06:31

Tramp da Türkiyəyə getmir

Zelenski Türkiyəyə getdi
15-05-2025, 06:30

Zelenski Türkiyəyə getdi

06 Ara 17:29Dünya

ABŞ-ın xarici ticarət kəsiri oktyabrda dörd ayın maksimum həddinə çatıb

2022-ci ilin oktyabrında ABŞ xarici ticarət balansında kəsir 5,5 faiz artaraq 78,2 milyard dollar olub.

AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Bu, son dörd ay ərzində ən yüksək göstəricidir.

Yenidən baxılmış rəqəmlərə əsasən, sentyabrda ticarət balansının mənfi saldosu, daha əvvəl bildirildiyi kimi 73,3 milyard dollar deyil, 74,1 milyard dollar təşkil edib.

Oktyabrda ixrac ardıcıl ikinci ay - 0,7 faiz azalaraq 256,6 milyard dollara düşüb. Bu göstərici sentyabrda 258,5 milyard dollar (daha əvvəl 258 milyard dollar) olub.

İdxal 0,6 faiz artaraq iyun ayından bəri maksimuma çatıb - 332,6 milyard dollara (daha əvvəl 331,3 milyard) qarşı 334,8 milyard dollar təşkil edib.

Oktyabrda Çinlə ticarət balansında kəsir 6 milyard dollar azalaraq 26,1 milyard dollar olub. ABŞ-ın Çinə ixracı 1,4 milyard dollar artaraq 13,6 milyard dollara çatsa da, Çindən ABŞ-a idxal 4,6 milyard dollar azalaraq 39,7 milyard dollara düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin