Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
12 Ock 17:34Dünya
Rusiyada yeni minik avtomobillərinin satışı 59 faiz azalıb
Ötən il Rusiyada yeni minik və yüngül ticarət avtomobillərinin satışı 2021-ci illə müqayisədə təxminən 59 faiz azalaraq 687 min ədəd təşkil edib. Dekabr ayında isə satışlar 50 faiz azalaraq 64 min ədədə enib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu rəqəmləri Avropa Biznesləri Assosiasiyasının mətbuat konfransında avtomobil istehsalçıları komitəsinin sədri Aleksey Kalitsev səsləndirib.
Assosiasiyanın məlumatına əsasən, 2022-ci ildə Rusiyada ən populyar avtomobil markalarından olan “Lada” 188,6 min ədəd (2021-ci illə müqayisədə 46 faiz azalma), “Kia” 66 min ədəd (-68 faiz) “Hyundai” 54,8 min ədəd (-67 faiz), “Chery” 38,4 min ədəd (+4 faiz) və “Renault” 39,5 min ədəd (-70 faiz) satılıb.
Aleksey Kalitsev 2023-cü ildə Rusiyanın avtomobil bazarında satışların 12 faiz artacağını bildirib. Onun sözlərinə görə, ölkədə Çin istehsalı olan avtomobillərin payının daha da çoxalacağı proqnozlaşdırılır. Həmçinin bu il yerli bazara 5-7 yeni avtomobil markası daxil ola bilər.