Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
04 Mrt 02:46Dünya
Gürcüstanda fevral ayında ərzaq məhsulları 14 faiz bahalaşıb
Gürcüstanda fevral ayında illik inflyasiya 8,1 faiz, aylıq isə 0,3 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin fevral ayı ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilər 14 faiz bahalaşıb.
Ən çox tərəvəz məhsulları bahalaşıb və qiymət artımı bu məhsullarda 25,8 faiz təşkil edib. Digər ən böyük qiymət artımı çörək və un məmulatlarında qeydə alınıb - 21,0 faiz. Balıq məhsulları 12,1 faiz, ət və ət məhsulları 10,2 faiz, şəkər və şirniyyat məhsulları 9,8 faiz, süd, pendir və yumurtanın qiyməti 17,2 faiz, çay, kofe və kakao 14,5 faiz bahalaşıb.
Meyvə və üzümün qiyməti isə 0,3 faiz azalıb.