Menu
Xəbər Lenti
Şəmkir sakini bıçaqlandı
18-01-2026, 11:26

Şəmkir sakini bıçaqlandı

Neftimiz bahalaşdı
17-01-2026, 08:17

Neftimiz bahalaşdı

21 Ock 05:29Manşet / Cəmiyyət

Xankəndiyə köç edən sakin: "Sağ-salamat çatıb orada yaşamaq istəyirəm"

Xankəndiyə köç edən sakin: Sağ-salamat çatıb orada yaşamaq istəyirəm

"İlk dəfə Xankəndidə bağçaya getmişəm".

Bunu Oxu.Az-a açıqlamasında Bakıdan Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Elməddin Quliyev deyib.

O bildirib ki, Xankəndi ilə bağlı xatirələr hələ də onun yaddaşından silinməyib:

"Uşaq olsam da hər şey yadımdadır. Nəhayət uzun zamandan sonra doğma yurdumuza qayıdırıq.

Xankəndiyə ailəmlə qayıdıram. Bizə dördotaqlı ev veriblər. Sağ-salamat çatıb orada yaşamaq istəyirəm. Bundan əvvəl də Xankəndiyə getmişəm, hətta ovaxtkı evimizi də tapmışam. İndi artıq şəhər abadlaşdırılır, bütün binalar təmir olunur.

Bizə bu günü bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (162 nəfər) öz doğma yurduna köçürülür.

Məlik Məlikov