Xəbər Lenti
29-09-2026, 16:41
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 16:14
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27-09-2026, 19:06
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
17 Ağu 07:00Hadisə
On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı Bakı şəhəri, Lənkəran, Masallı və Göyçay rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 inzibati tədbir görülüb.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.























































