Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
17 Ağu 07:03İqtisadiyyat
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat təşkil edib

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.
Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 26,26 faizi əlavə dəyər vergisi, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.






















































