Menu
Xəbər Lenti
“AS Group” WUF13-də
Bugün, 14:23

“AS Group” WUF13-də

Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

20 Eyl 06:26Gündəm

TDT-nin Baş katibi Xəzər Biznes Forumunda əsas məruzəçi qismində çıxış edib

 

Türk Dövlətlər Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi qismində çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Baş katib sosial şəbəkədə yazıb.

“BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında “Caspian Center”in ev sahibliyi etdiyi 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi olmaq şərəfinə nail oldum. Təşkilatımız və gördüyümüz verimli iş haqqında əsas məqamları belə hörmətli auditoriya ilə bölüşmək şərəf idi”, - qurumun rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən ABŞ-də təşkil olunur.