Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

13 Ekm 14:20Hadisə

Xaçmazda qəza - Ölən var

Xaçmazda qəza - Ölən var

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bugün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib. Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.