Xəbər Lenti
ALLAH RƏHMƏT ELƏSİN
29-09-2022, 15:05

ALLAH RƏHMƏT ELƏSİN

28 avq 11:55Gündəm / Maraqlı

Almaniyada ticarət mərkəzləri eskalatorları söndürür

Almaniyada bəzi ticarət mərkəzləri enerjiyə qənaət çərçivəsində eskalatorların işini dayandırıb.
Məlumata görə, hadisə “Saturn” və “Karstadt” pərakəndə satış şəbəkələrində qeydə alınıb.
Bəzi mərkəzlərdə isə işıqlandırmanın azaldılması yolu ilə enerjiyə qənaət edilir.
Qeyd edək ki, avqustun 24-də Almaniya hökuməti qışda qaz istehlakını 2-2,5% azaldacaq enerjiyə qənaət tədbirlərini razılaşdırıb. Tədbirlərə, xüsusən, idarələrdə və dövlət müəssisələrində istilik temperaturunun 20-dən 19 dərəcəyə endirilməsi, saat 22:00-dan 06:00-dək binaların və abidələrin açıq hava reklamlarının və işıqlandırılmasının dayandırılması daxildir.
Bundan əlavə, mağaza sahiblərinə qapıları uzun müddət açıq saxlamaq qadağan ediləcək.
Mənbə: Bild