Xəbər Lenti
Bugün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Prezident İlham Əliyev Gürcüstanın təhsil və elm nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.
Dövlətimizin başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirdi, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğuladı, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlətimizin başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd etdi və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını dedi. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.






















































