Xəbər Lenti
6-09-2026, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Ermənipərəst senator Qətərə casusluqda ittiham olunur
Nyu-Cersidən seçilən ermənipərəst senator Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə casusluqda ittiham edilib.
Bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan sənədlərdə deyilib.
Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, “Formula-1” üzrə dünya çempionatının yarışlarına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib. Bunun üçün Menendes Qətər hökumətinin xeyrinə bəzi tədbirlər görməli olub.
Məlumat üçün əlavə edək ki, Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və korrupsiyada ittiham olunub.
Mənbə: Oxu.az






















































