Menu
Xəbər Lenti
Azərbaycan nefti bahalaşıb
15-03-2024, 07:41

Azərbaycan nefti bahalaşıb

17 Ock 08:12Manşet / Gündəm

Azərbaycanda general-mayor vəfat etdi

 

Azərbaycanda tanınmış general-mayor vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev dünyasını dəyişib.

Xatırladaq ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. Ş.Əsədullayev daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.