Xəbər Lenti
21 sen 08:18Gündəm / Dünya

Dünyada milyonçuların sayı artıb

Dünyada dollar milyonçularının sayı 2021-ci ildə 5,2 milyon nəfər artaraq 62,5 milyona çatıb. Bu barədə İsveçrənin “Credit Suisse” bankının çərşənbə axşamı açıqladığı hesabatda bildirilib.
Vurğulanıb ki,ötən il bu əsrin əvvəlindən bəri ümumi dünya sərvətinin artımı baxımından da rekord göstərici qeydə alınıb - 463,6 trilyon dollar. Bu sərvətin 45,6 faizi dünya əhalisinin bir faizinin əlində cəmləşib.
Hesabata əsasən, ölkənin hər bir yetkin sakininin sərvətinin həcminə görə dünya lideri İsveçrədir - 696,6 min dollar. Növbəti pillələrdə ABŞ, Honq-Konq və Avstraliya qərarlaşıb.
Mənbə: Oxu.Az