Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

21 Ara 14:28Siyasət

Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub

Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının dayandırılması, bu ərazilərdə ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən Xankəndi-Laçın yolunda başlayan etiraz aksiyası artıq on gündür davam edir.

AZƏRTAC xəbər verir ki, bölgədəki sərt hava şəraiti nəzərə alınaraq, ölkə ictimaiyyəti tərəfindən aksiya iştirakçılarına müxtəlif cür dəstək və yardımlar göstərilir. Belə ki, dekabrın 21-də “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıblar.

Bölgədə hökm sürən kəskin hava şəraitinin davam edəcəyi nəzərə alınaraq, qarşıdakı günlərdə də aksiya iştirakçılarının zəruri isti geyimlərlə təmin olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin