Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

22 Ara 02:57Dünya

NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər

NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər. Bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ola bilər. Stoltenberqin 2023-cü il oktyabrın 1-də bu NATO-nun Baş katibi vəzifəsindən gedəcəyi gözlənilir.

Telekanal mənbəyə istinadla bildirib ki, ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi görmək istəyir.