Xəbər Lenti
Eriksendən xəbər var
3-12-2021, 09:08

Eriksendən xəbər var

23 okt 16:30Gündəm / Dünya

Saakaşviliyə qan köçürülüb: Həkimi danışdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti sabitləşib.
Bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib:
“Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi”.
O hesab edir ki, Saakaşvili həkim nəzarəti altında şəhər klinikasına yerləşdirilməlidir, əks təqdirdə böhran təkrarlana və həbsxana xəstəxanasında bunun öhdəsindən gəlmək çətin ola bilər.
“İndi Saakaşvilinin səhhəti qənaətbəxşdir, dünənkindən daha yaxşıdır”, - deyə o bildirib.
Mənbə:Oxu.Az