Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

15 Ock 18:13Cəmiyyət

Atılan addımlar inflyasiyanın vətəndaşlara təsirini neytrallaşdıracaq

Ölkəmizdə aparılan dövlət siyasəti sosialyönümlü siyasətdir. İldən-ilə bu istiqamətdə ayrılan vəsaitlərin həcmi də artırılır. 2023-cü il dövlət büdcəsinin 47 faizini məhz sosial sahədə aparılan tədbirlərin həyata keçirilməsi məqsədilə ayrılmış vəsait təşkil edir. Bu, onu göstərir ki, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində daim tədbirlər həyata keçirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova söyləyib.

O xatırladıb ki, 2019-cu ildən başlayaraq ölkədə dərin islahatlar aparılır, o cümlədən sosial sahədə ardıcıl inqilabi addımlar atılır. Ölkə başçısının yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı nəticəsində minimum əməkhaqlarının və minimum pensiyaların artırılması ilə demək olar ki, son beş ildə dördüncü sosial islahatlar paketinin başlanmasının şahidi olduq. Yəni, sosial islahatların yeni mərhələsinə keçid baş verdi. Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı sərəncam və fərmanlarla həssas qrupdan olan şəxslərin o cümlədən şəhid ailələrinin, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün məbləği artırıldı. Bununla yanaşı, üç dərəcə üzrə ümumi əlilliyi olanların, o cümlədən gözdən əlil olan şəxslərin hər üç dərəcə üzrə təqaüdləri artırıldı. Ümumilikdə, 25-dən çox kateqoriya üzrə müavinət və təqaüdlərdə artımlar olacaq ki, bu da 660 min nəfəri əhatə edəcək. Yanvarın 13-də verilmiş fərman və sərəncamlarla 800 mindən çox şəxsin sosial müavinətləri, həmçinin də təqaüdləri artırılır. Təqaüdlər isə 150 mindən çox tələbə və doktorantı əhatə edəcək. Bununla da bir daha ölkə vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasətin bariz bir nümunəsinin şahidi oluruq.

“Qeyd etmək istəyirəm ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və fəal iştirakçısıdır. Təbii ki, dünyada iqtisadi və digər mürəkkəb proseslər gedir ki, bu da iqtisadiyyata mənfi təsir göstərir. Bu cür tədbirlər inflyasiya fəsadlarını yumşaldaraq onun ölkə vətəndaşına təsirini neytrallaşdıracaq”, - deyə S.Hüseynova bildirib.