Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
ABŞ-yə məxsus məşhur lüğət də ilin sözünü seçdi
ABŞ-nin “Merriam-Webster's Collegiate Dictionary” izahlı lüğətinin tərtibatçıları 2023-cü ilin sözünü seçib. Məlum olub ki, bu “authentic” (“mötəbər”) sifətidir.
Bildirilir ki, bu söz süni intellektin inkişafı fonunda axtarışlara uyğun olaraq seçilib.
Redaktorlar “authentic” sözünə bir neçə tərif veriblər: yalansız, əsl, etibarlı, faktlara uyğun, orijinala bənzər, əsas xüsusiyyətləri çatdıran.
Qeyd edək ki, “Merriam-Webster” komandası lüğət saytında axtarış sorğularının təhlili əsasında ilin sözünü seçirlər.
Xatırladaq ki, “Kembric” ingilis dili lüğəti ilin sözü kimi “to hallucinate” (hallüsinasiyaya tutulmaq) terminini seçib. Bu söz də süni intellekt sahəsi ilə əlaqəlidir, ancaq mənası ABŞ-yə məxsus lüğətin seçdiyi sözlə ziddiyət təşkil edir. “To hallucinate” - neyron şəbəkəsinin yalan məlumat istehsal etdiyi bir vəziyyət deməkdir.
Mənbə: Oxu.az























































