Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

15 Şub 12:50Manşet / Gündəm

Könül Nəbizadə-Ölkəmizdə yeniyetmə və gənclərin milli-mənəvi cəhətdən inkişafı, milli və ümumbəşəri əxlaqa yiyələnərək şəxsiyyət kimi böyümələri xüsusi diqqət mərkəzindədir

 

Azərbaycan əsası Əbəiyaşar Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan vətənpərvər və istedadlı gənclər ölkəsidir.

     Azərbaycan Respublikasında həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri dövlətin gənclər siyasətidir. Yaradıcı, fiziki cəhətdən sağlam, intellektual gənc nəslin tərbiyəsi istənilən dövlətin gələcək uğurlu inkişafı üçün əsas amildir.


     Əbədiyaşar,Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 1997-ci ildən etibarən Gənclər Günü qeyd olunur. Bu gənclərə olan etimad və dəyərin göstəricisidir. Əbədiyaşar liderimiz deyirdi “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın  əldə etdiyi naliyyətlər  səviyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil,demokratik,hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”


     Ölkəmizdə yeniyetmə və gənclərin mənəvi,fiziki cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusi  diqqət mərkəzindədir.

     Gənclik- özünüidarə, özünütəyinetmə, özünüqiymətləndirmə, özünütərbiyə kimi çox böyük əhəmiyyətə malik olan keyfiyyətləri özündə birləşdirməyə çalışın mənəvi varlığın başlanğıcıdır.

    Cəmiyyətdə insanların əksəriyyətinin elə yaş dövrü var ki, fərdin yeniyetməlik, ərgənlik çağı saydıqları bu dövrdə məktəblilərə xas xüsusiyyətlərlə yanaşı, zərərli vərdişlərə və depressiyaya meyllilik yüksək olur. Uşaqlıqdan yeniyetməlik dövrünə adlamağın əsas xüsusiyyətləri şəxsin özünü hər kəsdən üstün tutması, ağıllı hesab etməsi, heç kəsi saymamaları, xüsusən də valideynlərlə dil tapmamasıdır. Ailədən, bəzi hallarda isə hətta məktəbdən kənardan verilən öyüd-nəsihət və məsləhətlər yeni nəslin nümayəndələrində əlavə qıcıq təsiri bağışlayır. Uşaqlıq çağından yeniyetməlik dövrünə keçiddə şagirdlərdə valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Elə bu zaman da – yeniyetməlik dönəmində valideynlərin uşaq saydığı, söz keçirə bildiyi övladı ilə ünsiyyət qurmaq, dil tapmaq problemə çevrilir, onlar arasında psixoloji, bəzi hallarda mənəvi-ruhi münaqişələr baş qaldırır. Atdığı addımları, hərəkəti, davranışı tənqid olunan, etdiyi yanlışlıqlara görə cəzalandırılan yeniyetmə ona olan bu münasibətdən ruh düşkünlüyünə, çox hallarda isə izahı çətin olan depressiyaya düşür. Sosioloqlar, ailəşünaslar, cəmiyyətşünaslar, psixoloq mütəxəssislərin qənaətinə görə, son dövrlər yeniyetmələr arasında depressiyadan əziyyət çəkənlərin sayı xeyli artıb. Buna səbəb əsasən sosial şəbəkələr, internet, ünsiyyət və paylaşım alətləri, yeni texnologiyalar, oyunlar, seriallar, filmlərdən gələn aqressiya, yad təsirlər və.s kimi fərqli amillər yeni nəslin psixologiyasına dəhşətli təsirlər göstərir.  Valideynlər, məktəb kollektivi, psixoloqlar, ictimaiyyət çox ehtiyatlı davranmalı, addımlar atmalıdırlar.


     Məktəb illərində depressiyaya düşən yeniyetmələrdə əsasən, iştahda və yuxuda pozuntular, dərslərində nəzərəçarpacaq dərəcədə geri qalma, dostlarından və hər hansı fəaliyyətdən uzaqlaşmaq, İnternet, sosial şəbəkələrə meyillilik, enerji ve motivasiyanın aşağı olması müşahidə edilir.     


 

    Belə göstəricilərə aid olan şagirdlər, tələbələr nələrdənsə zövq ala bilmir, əksər vaxtlarda əsəbi olur, deyilən sözlərə aşırı sərt reaksiya verir, ideallarına, arzularına çata bilməyəcəyini düşünür, bunları dilə gətirir, sosial şəbəkədəki statuslarında, materiallarında nümayiş etdirir. Son illər məktəblilər arasında özünəinamın aşağı olması, günahkarlıq hissi, qərarsızlıq, unutqanıq, konsentrasiya ola bilməmək, daimi narahatlıq, intihar fikirləri, buna meyllilik kimi əlamətlər daha çox müşahidə olunur. İctimai yerlərdən uzaq olmaq, ünsiyyətdən qaçmaq, günün əksər hissəsində əhval-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın əsas əlamətləri kimi belə yeniyetmələrdə müşahidə edirik.


   Valideynlər azyaşlı övladları ilə dil tapmağa, anlaşmağa, dost olmağa çalışmalı, qəti şəkildə onları qıcıqlandıran, gərginləşdirən mövzulara, məsələlərə toxunmamalıdır. Xüsusən də yeniyetməlik dövrünü yaşayan məktəblilərlə olduqca ehtiyatlı davranmalıdırlar. Onların ilk baxışdan qəribə görsənən seçimlərinə, fərqli zövqlərinə müdaxilə etmək qəti olmaz.   


    Uşaqlarını nəzarətdə saxlamağa çalışmalı, lakin onun özünə hiss etdirməməlidirlər. Valideynlər çox diqqətli və ehtiyatlı olmalı, özlərinin düzgün saydıqları tərbiyə üsullarından yararlanmağa çalışmamalı, təmkinli, ən önəmlisi isə övladlarıyla münasibətdə çox diqqətli olmalıdırlar. 


   Ata və ana övladına hiss etdirmədən, kənardan nəzarət etməklə ona çərçivələr daxilində müəyyən azadlıqlar verməlidirlər. Əks-təqdirdə uşaq güvənə biləcək, ona inanan, arxa dayaq ola biləcək şəxs axtarmağa başlayacaq. Belə olduğu təqdirdə onun psixoloji durumu, ailədəki mühit daha da ağırlaşacaq. Valideynlərlə övladları arasında keçid yaş dövründə hansı bir münaqişənin baş verməməsi, tərəflər arasında yaşanan gərginlik gələcəkdə onların münasibətlərinin soyumasına səbəb ola bilər.


    Yeniyetmələrdə depressiya riskini artıran amillər əsasən valideynlərindən hansısa birinin ölümü və ya boşanma, ailədaxili münaqişələr, valideynlərdən birinin cəzaçəkmə müəssisəsində olması, yaşayış yerinin tez-tez dəyişdirilməsi. Valideynlər çox zaman öz övladlarını hansısa istiqamətə yönəltməyə, dəyişməyə çalışır, onların fikirlərinə sayğıyla yanaşmır, doğru bildikləri tərəflərə yönəltmək üçün uşağa fiziki və psixoloji təzyiqlər edirlər.      


    Son illər ümumi dünya sivilizasiyasında əxalaq norması düzgün olmayan, psixolo-nevroloji problemi olan, şəxsiyyət pozğunluğu yaşamış valideynlərin sayının çoxalması, ata və ananın işləməsi, İnternetə meylli olması, boşanmalar, davalar, uşaqlarına vaxt ayırmamaları, onlarla dil tapmamaları da depressiyaya səbəb olan faktorlara çevrilib.bu hallar da ciddi problemlərə səbəb olur.


   Gənclər müstəqil mənəvi prinsiplər sisteminə əsaslanmağa, dünyagörüşü və əqidələrinə uyğun olaraq hərəkət etməyə, qəbul etdikləri qərarlarını sərbəst həyata keçirməyə çalışırlar. Bu yaş dövründə onlar öz həyat yolunu seçir, peşə sahəsini müəyyənləşdirib, onun haqqında bilik, bacarıq və vərdişlər toplayırlar.


  Erkən gənclik yaşı intellektual inkişafının mühüm mərhələlərindən birini təşkil edir. Bu dövrdə gənclərin təfəkküründə əsaslı yüksəliş baş verir. Gənclərin təfəkkürü özünün ardıcıllığı, sistemliliyi, mücərədliliyi, müstəqilliyi ilə seçilir. Gənclər hadisələri, faktları, əhvalatları öz keçmiş bilikləri ilə əlaqələndirir, düşüncə və mühakimələrindəki müsbət və mənfi cəhətləri müəyyənləşdirir, başqa şəxslərin davranış və rəftarında üzə çıxan  qüsurları müəyyən edirlər.


  Bütün bunlar gənclik təfəkkürünün müstəqil və tənqidi fəaliyyətini inkişaf etdirir. Gənclər həyat hadisələri ilə rastlaşdıqca, gözlənilməz hadisələri dərk etməyə çalışdıqca ümümləşdirmələr aparır, nəticələr çıxarmağa can atırlar.   


  Belə ümümləşdirmələr bəzən reallığa uyğun olmur, səthi xarakter daşıyır. Bu kimi hallarda müəllimlər və valideynlər gənclərə həyatın bütün çalarlarını başa salmalı, onları mühitə, həyat tərzinə uyğunlaşdırmalı, onların insan və onun həyatda mövqeyi haqqındakı fikirlərini dəqiqləşdirməlidirlər. Yetkin dövründə şəxsiyyətin fərdi xüsusiyyətləri yüksək inkişaf səviyyəsinə çatır. Hər bir gənci öz temperamentinə, xarakterinə və qabiliyyətlərinə görə fərqləndirmək olar.


   İnsan ömrünün gənclik çağı-fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərketməsinin, intellektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək və yaşlılıq həyatına başlamaq dövrüdür.


  Ümumiyyətlə, gənclik illərində gənclərin psixoloji baxımdan öz “Mən”ini, şəxsiyyətini, qüvvəsini, cəsarətini, yaşamaq-yaratmaq eşqini, peşə seçmə imkanlarını daha qabarıq surətdə büruzə verməsinə şərait yaratmaq lazımdır.


                                                                                    Nəbizadə Könül Faxrəddin qızı