Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

05 Tem 12:05Manşet / Gündəm

Bu portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq

 

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.

Layihənin məqsədi evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırılması və rəqəmsal idarəetmə yaratmaqdır.

Hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti şirkətləri binanı tikməyə başladığı andan etibarən həmin binanın elektron imitasiyasını sistemləşdiriləcək.

Belə olan halda bir mənzilin iki və ya daha artıq şəxsə satılması hallarının da qarşısı alınacaq.

Sözügedən portalın təşkili sənədsiz evlərlə bağlı problemi də həll edəcək.

Ətraflı AZƏRTAC-ın videomaterialında: