Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

06 Nis 14:35Manşet / İqtisadiyyat

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

Azərbaycanda tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

Bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması İqtisadiyyat Nazirliyinə tapşırılıb.